938,6 milyon avroluq final

Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, həlledici matçda İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer” komandaları üz-üzə gələcək. İrlandiyanın paytaxtı Dublində baş tutacaq görüşə saat 23:00-da start veriləcək.

“Transfermarkt” portalı finalöncəsi komandaların transfer dəyərlərini açıqlayıb. Hazırda “Atalanta”nın ümumi dəyəri 348,6, “Bayer”inki isə 590 milyon avrodur. Finalın ümumi dəyəri 938,6 milyon avro olaraq qiymətləndirilib.

Finalın ən dəyərli oyunçusu Florian Virtsdir. “Bayer”in 21 yaşlı hücumçusunun qiyməti 110 milyon avrodur. “Atalanta”nın heyətində isə Corco Skalvini ən bahalı oyunçudur (45 milyon avro).

Kamil Əhməd