İngiltərə Premyer Liqasında XXXI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, “Kristal Pelas” bu turda “Brayton”a qalib – 2:1. Meydan sahibləri görüşdə 2 qırmızı vərəqə alıb.
Öncə hücumçu Eddi Nketia, daha sonra Mark Qehi meydandan qovulub.
“Kristal Pelas” Premyer Liqa tarixində ev oyununda 9 nəfərlə qalmasına baxmayaraq, qələbə qazanan birinci komanda olub.