9 il sonra PSJ-dən ayrılacaq

Fransalı müdafiəçi Layvin Kurzava PSJ-dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı futbolçu yayda klubla müddəti başa çatacaq müqaviləsini uzatmayacaq. Bu barədə oyunçunun özü məlumat yayıb.

Kurzava 2015-ci ildən PSJ-nin formasını geyinir. O, bu mövsüm Liqa 1-də bir oyuna çıxıb.