80 milyon avro ödə, Alvaresi al

“Mançester Siti”nin hücumçusu Julian Alvares karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, argentinalı forvard PSJ-yə keçməyə yaxındır. Bu barədə jurnalist Veronika Brunati məlumat yayıb. O, “şəhərlilər”in oyunçunu Paris klubuna buraxmağa razı olduğunu bildirib. MS-in Alvares üçün tələb etdiyi məbləğ 80 milyon avrodur.

Forvardla İspaniyanın “Atletiko” və Almaniyanın “Bavariya” klubu da yaxından maraqlanır. Lakin PSJ transferdə bir addım öndədir.

Alvares ötən mövsümdə 54 oyunda 19 qol vurub, 13 məhsuldar ötürmə edib.