Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatını Azərbaycan 1 qızıl və 2 bürünc medalla tamamlayıb.
Futbolpress.az xəbər verir ki, 2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.
Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.
Yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.