8-ci dəfə ayın oyunçusu seçildi – Azərbaycana da qol vurub

“Sportinq”in futbolçusu Viktor Qyökereş Portuqaliya çempionatında avqust ayının ən yaxşı futbolçusu seçilib.

Futbolpress.az xəbər verir ki, isveçli forvard ötən ayçempionatın ilk 4 oyununda 7 qol vurub.

26 yaşlı hücumçu karyerasında 8-ci dəfə Portuqaliya çempionatında ayın oyunçusu seçilib.

İsveç yığmasının üzvü olan Qyökereş Bakıda UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirilən oyunda da (3:1) bir qol vurub.