Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına beş gün vaxt qalıb.
10 komandanın mübarizə aparacağı yarışın “transfermarkt”da ümumi dəyəri 78,95 milyon avrodur. Çempionatın ən bahalı heyətinə sahib son çempion “Qarabağ”dır.
“Atlılar”ın portalda dəyəri 16,48 milyon avrodur. Heyətində 13 legioneri olan “Qarabağ”ın hücumçusu Juninyo isə komanda ilə yanaşı, Premyer Liqanın da ən dəyərli oyunçusudur.
İkinci sırada “Sabah” yer alıb. Heyətini İvan Lepinitsa, Coy-Lens Mikels, Pavol Şafranko kimi futbolçularla gücləndirən “futuristlər”in ümumi dəyəri 12,55 milyon avrodur.
“Üçlüy”ü “Neftçi” tamamlayır. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin dəyəri 11,58 milyon avrodur.
Çempionatın ən aşağı dəyərə sahib komandası isə “Şamaxı”dır. Ötən mövsüm I Liqada çempion olan və elitaya yüksələn “şirlər”in dəyəri 2 milyon avro göstərilib.
Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 2-də start veriləcək. Açılış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olacaq.
Kamil Əhməd