“Liverpul” Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Lill”i məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, “qırmızılar” turnirdə ilk 7 oyunun hər birini qazanıb. Komandanın baş məşqçisi Arne Slot turnirdə ardıcıl 7 matç qazanan ikinci məşqçi olub.
Bundan öncə Hans-Diter Flik 2019-2021-ci illərdə “Bavariya”da bu göstəriciyə imza atıb.