6 yaşlı azarkeşə qadağa

Fransanın “Havr” klubu altı yaşlı bir fanatın stadiona girişinə qadağa qoyub.

Futbolpress.az xəbər verir ki, buna səbəb uşağı karton stəkanları stadionun qazonuna atması olub. Bu barədə Fransa mətbuatı məlumat yayıb. 6 yaşlı uşaq dostu ilə oynayarkən atdığı kağızlar meydana düşüb və bu, klub nümayəndəsinin gözündən qaçayıb.

Balaca azarkeşə və valideynlərinə 1,5 ay stadiona gəlmək qadağan edilib.

“Havr” Fransa çempionatında 13 turdan sonra 12 xalla 16-cı sıradadır.