“Fənərbağça” futbolçusu Yussuf En-Nesirini satmağa qərar verib.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu mərakeşli hücumçu üçün 30 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
En-Nesirinin adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
Forvard bu mövsüm 50 oyunda 28 qol vurub.