55,4 milyon avro donduruldu – Mbappeyə görə

Paris məhkəməsi PSJ klubunun sabiq oyunçusu Kilian Mbappeyə 55,4 milyon avro ödəməli olduğu borcdan imtina etdiyi üçün klubun hesabında olan bu məbləği dondurub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Tərəflər arasında məhkəmə mayın 26-da olacaq. Qurum klubun hesabından 55,4 milyon avronu məhkəmə qərarına kimi dondurub.

Bu məbləğə oyunçu bonusu, əmək haqqı və etika bonusları daxildir.

Mbappe ötən yay PSJ-dən azad agent kimi ayrılıb və “Real”a keçib.