İspaniyalı futbolçu Yaqo Aspas “Selta”nın tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, dünən La Liqada “Atletiko” ilə görüş hücumçunun komandadakı 500-cü matçı olub. Yaqo klub tarixində ən çox oyun keçirən ikinci futbolçu adını qazanıb.
Bu göstəricidə rekordçu 533 oyunla Manolodur.
“Selta” – “Atletiko” oyunu (0:1) qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.