“Feyenoord” Çempionlar Liqasının pley-off mərhələsində “Milan”ı mübarizədən kənarlaşdırıb.
Futbolpress.az xəbər verir ki, niderland təmsilçisi 50 ildən sonra 1/8 finala yüksələ bilib.
Komanda sonuncu dəfə 1974/75 mövsümündə bunu bacarıb.
“Feyenoord” ilk oyunda 1:0 hesabıyla məğlub etdiyi “Milan”la cavab görüşündə heç-heçə edib (1:1) və növbəti mərhələyə yüksəlib.