5 qol, 3 xal və boşluqlar

“Neftçi” Azərbaycan Premyer Liqasının XXXIV turunda “Kəpəz”i böyük hesabla məğlub edin – 5:1. Azarkeşləri önündə üç xal qazanan “ağ-qaralar” müvəqqəti bir günlük ikinci sıraya yüksəlib.

“Neftçi”nin bu sırada qalması üçünsə bu tur “Zirə”, “Sabah” və “Sumqayıt” xal itirməlidir. Üç komandanın da eyni zamanda itki yaşaması isə çətindir.

Oyuna gəldikdə daha aktiv tərəf “Kəpəz” idi. Hissənin əvvəlində “Neftçi” müdafiəsindəki boşluqlardan yararlanan, bir neçə təhlükəli epizod yaradan “sarı-göylər” hesabı da açmağa nail oldu. Cinahdan gələn “Kəpəz” hücumçunu Latir Fal qolla tamamladı.

Bundan sonra təzyiqi artıran “Neftçi” 10 dəqiqə sonrageridönüş edə bildi. Şinyaşiki və Morenonun dəqiq oyunu fasiləyə “ağ-qaralar”ın üstün yollanmasıyla nəticələndi. İkinci hissədə də daha üstün tərəf olan Miodraq Bojoviçin komandası mövsümün ən rahat ikinci hissəsini keçirdi və daha üç qol vuraraq inamlı qələbə qazandı.

Buna baxmayaraq, nəticə yanıltmamalıdır. “Neftçi” 5 qol vurub qələbə qazanmasına baxmayaraq, xüsusilə, ilk hissədə müdafiədə verilən boşluqları digər komandalar bağışlamaz. Eyni zamanda “Kəpəz”də əsas heyət oyunçuların əksəri zədə, vərəqə səbəbindən görüşü buraxırdı. Bunlar fonunda qələbə komandanın yaxşı oyunu haqda ciddi ölçü ola bilməz. Qarşıda iki tur var və “Neftçi” yaxşı oyundan çox nəticəyə köklənməlidir.

Kamil Əhməd