5 komandanın yeri dəqiqləşdi

Növbəti mövsümdən İngiltərə Premyer Liqasından 5 komanda Çempionlar Liqasında olacaq.

Futbolpress.az xəbər verir ki, bu, “Arsenal”ın 1/4 finalın ilk oyununda “Real”ı məğlub etməsi nəticəsində dəqiqləşib. UEFA reytinqində birinci sırada olan ingilislərin aşağı düşməyəcəyi təmin olunub.

İngiltərənin digər komandası “Aston Villa” bu mövsüm turniri qazansa, daha bir komanda ÇL-ə gedəcək.