5-ci Güneş dönəmi

“Trabzonspor”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Şenol Güneşə tapşırılıb. Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Şenol Güneş daha əvvəl 1988/1989, 1993/1997, 2005 və 2009/2013-cü illərdə “Trabzonspor”a rəhbərlik edib.