“Uşaqlarla sakitləşdirici danışığımız oldu” – Berezutski

Azərbaycan Premyer Liqasının XXII turunun “Sabah” – “Turan Tovuz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çox uzun müddətdən sonra qələbə qazanmaq xoş hissdi. Çoxsaylı qol epizodlarımız oldu.

– Qolları ikinci hissənin əvvəlində vurdunuz. Fasilədə nəyi dəyişdiniz? 

– Demək olar, uşaqlarla sakitləşdirici danışığımız oldu. Müdafiədəki çatışmazlıqlardan söz açdıq. İlk hissədə çəkincən oyun oynadıq.

– Yarımmüdafiə xəttini hələ düzəldə bilmədiyinizi düşünürsünüz? 

– Kadr məsələləri ilə bağlı problemlər olur. Dəyişiklik edirik. Növbəti matçdan bütün oyunçular sıraya qoşulacaq. İvan Lepinitsa da zədədən qayıtdı. Onun da bizə çox köməyi olacaq.

Şahin Cəfərov