AFFA “Neftçi”nin oyunundakı hakimi cəzalandırdı

AFFA U-12 Liqasının “Təhsil” – “Flaqman” matçında insident yaşanıb. Qarşılaşmanın 50-ci dəqiqəsində cərimə epizodu mübahisəyə səbəb olub. 

Bu zaman oyunun hakimi Samir Ələsov “Neftçi”dən Emin Kazımovu sarı vərəqə ilə cəzalandırıb və mübahisə tərəfi kimi onu sakitləşdirmək istəyərkən qaydaları pozub. Videoda göründüyü kimi, Ələsov Eminin qolundan tutub kobud şəkildə kənara itələyir.

Məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrəndik. Mövzuya operativ reaksiya verən qurumun mətbuat katibi Elnur Məmmədli “FutbolPress“ə açıqlama verdi:

“U-12 liqasındakı məsələ ilə bağlı hakimlə danışıldı, səhvləri nəzərinə çatdırıldı və qeyd edim ki, hakim Samir Ələsov cəzalandırıldı. O, bir müddət AFFA bayrağı altında keçirilən yarışlara buraxıımayacaq”.

Bildirək ki, hakim 1 ay meydanlardan kənar qalacaq. Haqqında başqa şikayətlər olacağı təqdirdə, cəza müddəti artacaq.

Qeyd olunan oyunda hakimlərin “Neftçi” əleyhinə digər yanlış qərarlarının olması da bildirilir.

Kamil Əhməd