41 ildən sonra Çempionlar Liqasına vəsiqə qazandılar

“Aston Villa” 41 ildən sonra Çempionlar Liqasına vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, “Tottenhem”in “Mançester Siti”yə (0:2) məğlub olmasından sonra Unai Emerinin komandasının 4-cü olacağı dəqiqləşib.

Sona bir tur qalmış “Aston Villa” 4-cü yeri özü üçün təmin edib.

Komanda sonuncu dəfə 1982/83 mövsümündə sözügedən turnirdə iştirak edib və 1/4 finala qədər irəliləyib.