“Qarabağ” avrokuboklarda rekord təkrarlayıb.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının III təsnifat mərhələsinin “Ludoqorets”lə cavab oyununda əlavə vaxtda 4 qol vurmaqla buna nail olub. “Qarabağ” Avropada bunu bacaran 5 komandadan biridir.
Daha əvvəl 1973-də “Ştutqart”, 1977-də “Lans”, 2016-da “Omoniya”, 2018-də “Zenit” avrokuboklarda əlavə vaxtda 4 qol vurub.