39 yaşlı futbolçu klubunu dəyişdi

Fransalı futbolçu Matyö Valbuenanın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisi “Atens Kallitea”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Valbuena ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Marsel”, “Lion”, “Dinamo” (Moskva), “Olimpiakos”, “Fənərbağça” kimi komandalarda çıxış edən yarımmüdafiəçinin son ünvanı Yunanıstanda “Apollon” olub.