“Yuventus”un baş məşqçisi Poqbadan danışdı

“Yuventus”un baş məşqçisi Tiaqo Motta dopinq cəzası 18 aya endirilən Pol Poqba haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis müqavilə ilə kluba məxsus olan yarımmüdafiəçinin “qoca sinyora”dakı taleyi ilə bağlı qərarı rəhbərliyin verəcəyini deyib:

“Poqba yaxşı oyunçudur, ancaq uzun müddətdir oynamır. Klub onunla bağlı qərarını verəcək”.

Poqbanın ötən ilin avqustunda verdiyi dopinq testi müsbət çıxıb. O, daha əvvəl 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Sonradan İdman Arbitraj Məhkəməsi (CAS) onun cəzasını il yarıma qədər azaldıb.