29 milyona almışdılar, 8 milyona satdılar

“Renn” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Əl İttihad”dan Jotanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Renn” 25 yaşlı vinger üçün 8 milyon avro ödəyəcək.

Jota ötən il 29 milyon avroya “Seltik”dən “Əl İttihad”a keçmişdi. O, bu komandada 29 oyunda 5 qol vurub.