“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “cim-bom” “Monako”dan İsmail Yakobsu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı cinah müdafiəçisi mövsümün sonuna kimi İstanbul təmsilçisində forma geyinəcək.
“Qalatasaray” yayda 8 milyon avro ödəməklə oyunçunun transfer hüquqlarını almalıdır.
Yakobs 2021-ci ildən “Monako”da forma geyinirdi. O, bu mövsüm Liqa 1-də 2 oyunda meydana çıxıb.