ABŞ millisinin üzvü “Lion”da

“Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Venetsiya”dan Tanner Tessmannı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Tessmann ABŞ yığmasının da üzvüdür. O, “Venetsiya”da 99 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.