“Yuventus”da yeni futbolçu

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Cenoa”dan hücumameyilli yarımmüdafiəçi Kristos Papadopulos icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

19 yaşlı yunan oyunçu mövsümün sonunadək “Yuventus”da çıxış edəcək.

Papadopulos ötən mövsüm gənclər arasında İtaliya çempionatında 25 matçda 11 qol və 6 məhsuldar ötürmə edib.