“Legionerlərin bizdən istədiyi məbləg isə 2-3 dəfə çox olduğu üçün…”

Premyer Liqada 3 turdan sonra xalı olmayan yeganə komanda “Kəpəz”dir.

Gəncə təmsilçisi komandanın aparıcı oyunçuların heyətdə saxlaya bilməyib və yeni gələnlər isə hələ ümidləri doğrultmur.

“Kəpəz”in icraçı direktoru Cabir İbrahimov “FutbolPress“ə açıqlamasında maliyyə çətinlikləri səbəbindən bəzi futbolçuları komandada saxlaya bilmədiklərini söylədi:

“Klubumuz artıq 3-cu ildir ki, sponsor olmadan yalnız müvafiq dövlət vəsaiti hesabına daxil olan büdcə əsasında fəaliyyət göstərir. Düzdü, bu ilin yanvarında vergi dəyişiklikləri əlaqədar olaraq klubun vergi öhdəlikləri artıb amma bu, əsas komandanın büdcəsinə təsir etməyib. Komanda üçün ayrılan büdcə yerində qalıb. Nəzərə almaq lazımdır ki, ötən ildən fərqli olaraq məşqçilər korpusunun və komandada qalmış yerli futbolçuların əmək haqqı artıb. Klubumuzu tərk edən legionerlərin bizdən istədiyi məbləg isə 2-3 dəfə çox olduğu üçün onları heyətdə saxlaya bilməmişik”.