“Mançester Siti”nin 2 futbolçusu “Çelsi” səfərində olmayacaq

“Mançester Siti” Premyer Liqanın I turunda “Çelsi”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in iki futbolçusu səfər görüşündə iştirak edə bilməyəcək. Yarımmüdafiəçilər Rodri və Oskar Bobb zədə səbəbindən “Çelsi” ilə matçda iştirak etməyəcək.

Bu gün keçiriləcək görüşə saat 19:30-da start veriləcək.