“Kəpəz”in yeni mövsüm üçün oyun formaları təqdim olunub.
Futbolpress.az xəbər verir ki, geyimlər ənənəvi olaraq klubun rənglərinə uyğun – sarı və göy rəngdədir. Bu dəfə fərqli dizayn edilən formalar yaxalıqlıdır. Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların adı və ya soyadı əks olunub.
Bundan əlavə bu mövsümdən “Kəpəz”ə tibbi dəstək verən Gəncə Memorial Hospital və su təminatını qarşılayan “Aqua Life Qax” sularının adı və loqosu formaların üzərində yer alıb.
Geyimlər İspaniyanın tanınmış “Joma” firmasının istehsalıdır.