“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi “Lion”dan Ceyk Obraynı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.
“Everton” Ceyk üçün Fransa klubuna 20 milyon avro ödəyəcək.