“Everton”dan 20 milyonluq transfer

“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi “Lion”dan Ceyk Obraynı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.

“Everton” Ceyk üçün Fransa klubuna 20 milyon avro ödəyəcək.