230 milyonluq büdcə

“Arsenal” yay transfer dönəmində heyətini yeni futbolçularla gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi transferlər üçün 230 milyon avroluq büdcə ayırmağı düşünür. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

“Arsenal” yayda əsas diqqəti yarımmüdafiə və hücum xəttinə ayıracaq. Namizədlər “Real Sosyedad”dan Martin Subimendi, “Atletik”dən Niko Uilyams və “Sportinq”dən Viktor Qyökereşdir.