“Mançester Yunayted” hücumçu transferini rəsmiləşdirdi

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Bolonya”dan Coşua Zirkzeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Mançester Yunayted” niderlandlı forvard üçün “Bolonya”ya 42,50 milyon avro ödəyəcək.

Zirkze ötən mövsümdə A Seriyasında 34 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.