KL: “Sabah”ın səfər oyununun məkanı bilindi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) – “Sabah” oyununun keçiriləcəyi məkan bəlli olub.
Futbolpress.az xəbər verir ki, bu barədə “futuristlər”in mətbuat xidməti məlumat yayıb.
Matç iyulun 25-də, Bakı vaxtı ilə saat 21:15-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq.