Almaniyalı futbolçu Florian Virts millinin tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, o, “bundestim”də Avropa çempionatlarında 1/4 final mərhələsində qol vuran ən gənc futbolçu olub.
İspaniya ilə görüşdə fərqlənən Virts 21 il 63 günlüyündə buna nail olub.
Almaniya ispanlara 1:2 hesabıyla məğlub olub və turnirlə vidalaşıb.