20 yaşlı özbək futbolçu MS-də “siftə” etdi

“Mançester Siti”nin yeni futbolçusu Abdukodir Xusanov İngiltərə klubunda ikinci oyununda debüt qolunu vurub. 

Futbolpress.az xəbər verir ki, Özbəkistan millisinin mərkəz müdafiəçisi İngiltərə kubokunun 1/16 mərhələsində Londonun “Leyton Oryent” klubu ilə matçın 56-cı dəqiqəsində fərqlənib. Onun qolu oyunda hesabı bərabərləşdirməyə imkan verib və 23 dəqiqə sonra Kevin de Bruyne “şəhərlilər”i hesabda irəli çıxarıb.

Matçın sonuna kimi hesab dəyişməyib. “Mançester Siti” turnirin 1/8 finalına yüksəlib.

Xusanov yanvarın 20-də Fransanın “Lans” klubundan “Mançester Siti”yə keçib. İngilislər 20 yaşlı futbolçu üçün 40 milyon avro ödəyib. Onun Özbəkistan millisində 18 oyunu var.