Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün bütün mükafatçıları bəlli olub.
Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın qızıl, “Zirə”nin gümüş medalı təmin etməsindən sonra bürünc mükafatçı XXXV turda dəqiqləşib. “Araz-Naxçıvan” “Şamaxı” ilə səfər oyunundan (0:1) sonra 3-cü yeri təmin edib.
Bu, “Araz-Naxçıvan”ın tarixində ilk medal olub. Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatları tarixində mükafat qazanan 20-ci komandadır. 1992-ci ildən keçirilən yarışda əvvəlki illərdə 19 klub “üçlüy”ə düşməyi bacarıb.
Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.