2 məğlubiyyət 2 pillə geriləməyə səbəb oldu

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, aprel ayının reytinqinə əsasən, Azərbaycan milli komandası 1150,64 xalla 119-cu yerdə qərarlaşıb. Yığma ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.

Azərbaycan yığması martda Haitiyə (0:3) və Belarusa (0:2) hesabıyla uduzub.

Reytinq siyahısına 1886,16 xalla Argentina başçılıq edir.