KL: “Sabah” üçün 4 potensial rəqib

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Futbolpress.az xəbər verir ki, mərhələnin püşkü bu gün saat 16:00-da atılacaq.

“Futuristlər” II təsnifatda aşağıdakı komandalardan biri ilə qarşılaşacaq.

“Makkabi” (Hayfa, İsrail)
“Astana” (Qazaxıstan)
AEK (Larnaka, Kipr)
“Marsaşlokk” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi.