Portuqaliyanın “Oliveyrense” klubunun futbolçusu İvann Martines vəfat edib.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi avtoqəzada dünyasını dəyişib. Bu barədə “A Bola” nəşri məlumat yayıb.
İvann “Yanq Boyz”un yetirməsidir. O, 2024-cü ildən “Oliveyrense”də çıxış edirdi.