Braziliya A Seriyasında çempion məlum olub.
Futbolpress.az xəbər verir ki, sonuncu – XXXVIII turda “San Paulo”nu məğlub edən “Botafoqo” qızıl medalları qazanıb. Komanda azarkeşləri önündə 2:1 hesablı qələbə ilə çempion olub.
Komanda 1995-ci ildən sonra yerli çempionatın birincisi adını qazanıb. “Botafoqo” dekabrın 1-də isə tarixində ilk dəfə Libertadores Kubokunu qazanmışdı.