18 yaşlı futbolçu hücuma məruz qaldı

“Monako”nun hücumçusu Corc İlenihena qarət edilib.

Futbolpress.az xəbər verir ki, 18 yaşlı futbolçu Parisdə cinayətkarların hücumuna məruz qalıb. Forvard quldurlara bahalı telefon, saat, avtomobil və bir miqdar pul verib.

Cinayətkarlar onun avtomobilinə gedən zaman isə qəza törədib və daha sonra qaçmağa başlayıblar. Məsələ ilə bağlı araşdırma başlayıb.

Corc bu mövsüm 14 oyunda 2 qol vurub.