“Kayrat” ilə “Çelsi” 16 yaşlı hücumçu Dastan Satpayevin transferi ilə bağlı razılığa gəliblər.
Futbolpress.az xəbər verir ki, qazaxıstanlı futbolçu 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra ingilis klubuna keçəcək. Həmin vaxta qədər o, “Kayrat”da oynamağa davam edəcək.
Qazaxıstanın Gənclər Liqasında iki mövsüm ərzində 28 oyun keçirən Satpayev, 26 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Birinci Liqada da 5 oyun keçirib və qələbə qoluna imza atıb. UEFA Gənclər Liqasında isə 4 oyun keçirib, bir qol və bir məhsuldar ötürmə edib.
Keçən ilin mayında, 15 yaşında Satpayev əsas komandada debüt edərək, “Kayrat”ın tarixində ən gənc debüt edən futbolçu olub.