16 yaşında futbol tarixinə düşdü

İspaniya millisinin futbolçusu Lamin Yamal Avropa çempionatları tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, Avro-2024-ün yarımfinalında Fransaya qol vuran oyunçu dünya və Avropa çempionatlarında qol vuran ən gənc oyunçu adını qazanıb.

İspaniya millisi Fransanı 2:1 hesabıyla məğlub edib və finala yüksəlib.