16 dəqiqə və tarixə düşən matç

İtaliya millisi Avro-2024-ün qrup mərhələsinin ilk turunda Albaniyanı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “azzuri”nin qələbəsiylə başa çatan matç turnirin tarixinə düşüb. Belə ki, Avropa çempionatlarında birinci dəfə ilk 16 dəqiqədə üç qol vurulub.

Albaniya 1-ci dəqiqədə hesabı açıb, italyanlar isə 11 və 16-cı dəqiqədə fərqlənərək yekunu müəyyənləşdirib.