Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinalında PSJ ilə cavab oyununda (1:0) yeganə qolun müəllifi olub.
Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, Hummels turnirin yarımfinal mərhələsində qol vuran ən yaşlı alman oyunçu olub – (35 yaş 143 gün).
Komanda bu nəticədən sonra finala vəsiqə qazanıb. Digər finalçı “Real” – “Bavariya” cütünün qalibi olacaq.