Keçmiş dünya çempionu vəfat etdi

Argentina millisinin keçmiş baş məşqçisi Sesar Luis Menotti vəfat edib.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssis 85 yaşında dünyasını dəyişib.

Luis 1974-1983-cü illərdə Argentina yığmasına rəhbərlik edib. “Tanqoçular” onun başçılığı altında 1978-ci ildə dünya çempionu olub.