Azərbaycan Premyer Liqasında XXIX tur başa çatıb.
Futbolpress.az-ın məlumatına görə, 5 matçda cəmi 6 qol vurulub. “Kəpəz” və “Qarabağ” minimal hesabla, “Neftçi” və “Araz-Naxçıvan” isə 2:0 hesabıyla qalib gəlib.
Turun yeganə qolsuz matçı Bayılda olub. “Turan Tovuz” burda autsayder “Səbail”lə heç-heçə edib – 0:0.
Bu tur maraqlı məqamlardan biri görüşlərdə qarşılıqlı qolların olmamasıdır. Tur həm də mövsümdə məhsulardlığı ən aşağı olan turlardan oldu.