')

Bu gün:


FutbolPress.Az | İSMAYILOVLAR ÇEÇENİSTAN KLUBUNA NİYƏ MEYL EDİR?

İSMAYILOVLAR ÇEÇENİSTAN KLUBUNA NİYƏ MEYL EDİR?


oxunma sayı: 859 Paylaş:

Çeçenistanın "Terek" klubuna azərbaycanlı milyonçu Telman İsmayılovun himayədarlıq edəcəyini xəbər verilmişdik. Dünən isə adıçəkilən klubda rəhbər dəyişikli olub. Belə ki, İsmayılovun oğlu Sərxan İsmayılov bundan sonra Qroznu klubunun vitse-prezidentidi. Çeçenistanın və klubun prezidenti Ramzan Kadırov bunu ölkəsində futbolun inkişafı, "Terek"in gələcək uğurları üçün etdiklərini deyib.

Bu dəyişiklik və prosesin davamı Rusiya mətbuatında heç də birmənalı yozulmur. Əksər KİV-in iddiasına görə İsmayılov bu addımıyla Rusiyadan qisas aldığını düşünür. Səbəb kimi isə onun bu keçən ilin yayında Rusiyadan sıxışdırılması göstərilir.

Telman İsmayılovun Rusiyada müxtəlif sahələrdə yatırımı var. Ancaq son vaxtlar məqsədi tam bəlli olmayan təzyiqlər İsmayılovun Rusiyadakı pul kütləsinin böyük həcmini Türkiyəyə aparmasıyla nəticələndi. Bundan sonra Moskva İsmayılova qarşı bir qədər loyallaşsa da, artıq özünəinamı itirmiş kimi görünür.

Ararlarındakı gərgin münasibət əvvəlki qədər olmasa da, ənənəvi hal alan Rusiya-Çeçenistan problemi İsmayılovun bu kluba olan meylinin mahiyyətini büruzə verir. Rusiya KİV-nin dediyi düzdürsə, onda belə başa düşülür ki, İsmayılov məhz rəsmi Moskvanın acığına, qisas motivi ilə Çeçenistan klubuna yatırım edir.


oxunma sayı: 859 | Paylaş:




?>