')

Bu gün:


FutbolPress.Az | VÜQAR HƏŞİMOV LİNARESDƏ "SÜLHLƏ" BAŞLADI

VÜQAR HƏŞİMOV LİNARESDƏ "SÜLHLƏ" BAŞLADI


oxunma sayı: 739 Paylaş:

Dünən İspaniyada şahmat üzrə ənənəvi "Linares" superturniri start götürüb. Bütün dünyadan 6 ən tanınmış qrossmeysterin yarışdığı turnirdə Azərbaycanı Vüqar Həşimov təmsil edir.

Startda Həşimov qara fiqurlarla israilli Boris Qelfandla qarşılaşıb. Tərəflər 54-cü gedişdə heç-heçəyə razılaşıblar.

Sayca 28-ci dəfə təşkil olunan turnirin reqlamentinə əsasən, şahmatçılar iki dövrədə üz-üzə gələcəklər. "Linares"in mükafat fondu 215 min avrodu. Qalib 75 min avroya sahib çıxacaq.

I tur

Vüqar Həşimov (2759) - Boris Qelfand (İsrail, 2761) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2781) - Aleksandr Qrişuk (Rusiya, 2736) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2805) - Fransisko Valyexo (İspaniya) - 0,5:0,5


oxunma sayı: 739 | Paylaş:




?>